TARİXDƏ BU GÜN


12 SENTYABR

A+ A

2008-ci il. Bakıda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi açılıb. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov iştirak ediblər.
E.ə 490-cı il. Marafon döyüşü baş verib. Yunanıstanın Marafon düzənliyində baş verən bu döyüş Yunan-İran müharibələrinin (e.ə 500-449-cu illər) gedişində Əhəməni imperatoru I Daranın sonuncu yunan torpaqlarını ələ keçirib qərb sərhədlərində təhlükəsizliyi təmin etmək üçün etdiyi ilk böyük döyüşlərdən biri idi. Marafon döyüşü Yunanıstanın qələbəsi ilə nəticələnib.
1887-ci il. Görkəmli yazıçı, Azərbaycan ədəbiyyatında tarixi, tarixi-fəlsəfi roman janrlarının banisi Yusif Vəzir Çəmənzəminli anadan olub (1887-1943). Yusif Vəzir Çəmənzəminli həm də Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olub. Onun “Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” romanları, “Həzrəti-Şəhriyar” komik pyesi, “Qan içində”, “İki od arasında” əsərləri bu gün də sevə-sevə oxunur. Yazıçı həm də dünya ədəbiyyatı xəzinəsinin incilərini dilimizə uğurla tərcümə edib.
1943-cü il. Fransada dörd gənc məşhur Laskou mağarasını kəşf edib. Üzərindəki rəsmlərin sayına, keyfiyyətinə və saxlanma dərəcəsinə görə dünyanın ən vacib abidələrindən biri hesab edilən bu mağaranı “ibtidai icma quruluşunun Sikstin kapellası” da adlandırırlar. Mağaradakı rəsm və qravyuraların tarixinin 17 min 300 il əvvələ təsadüf etdiyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]