CƏMİYYƏT


12 iyun – Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Günüdür

Bakı, 12 iyun, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatı Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününü ilk dəfə 2002-ci ildə qeyd edib. Bu günün məqsədi müvafiq problemə və onun aradan qaldırılması tədbirlərinin zəruriliyinə diqqəti cəlb etməkdir. Hər il iyunun 12-də hökumətlər, işəgötürənlər və işçilər təşkilatları, vətəndaş cəmiyyətlərinin nümayəndələri, habelə dünyanın hər yerindən milyonlarla insanlar uşaq əməyinə qarşı mübarizədə səylərini birləşdirirlər.

AZƏRTAC Beynəlxalq Əmək Təşkilatının saytına istinadla xəbər verir ki, təxminən 1,5 milyard adam münaqişə və zorakılığın tüğyan etdiyi ölkələrdə yaşayır. Təxminən 200 milyon adam hər il təbii fəlakətin baş verdiyi ərazilərdə olur. İşləməyə məcbur edilən 168 milyon uşağın çoxu münaqişə və təbii fəlakətdən zərər çəkən ölkələrdə yaşayır.

Münaqişələr və təbii fəlakətlər insanların həyatını məhv edir, ölüm, yoxsulluq və iztirab gətirir. İnsanlar elə şəraitə düşürlər ki, bu halda adi hüquq və azadlıqlarını itirmələri ilə barışmağa məcbur olurlar. Bu cür vəziyyətlərdə, ilk növbədə, milyonlarla uşaq, o cümlədən zor gücü ilə işləməyə məcbur edilən uşaqlar əziyyət çəkirlər.

Münaqişə və təbii fəlakətlərin bürüdüyü yerlərdə uşaq əməyinə qarşı mübarizədə təcili tədbirlər görmək lazımdır. Dayanıqlı inkişafın məqsədlərindən biri 2030-cu ilədək uşaq əməyinin bütün formalarına və zorakı əməyə son qoymaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.