Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Biznes sahələri üzrə ilin ikinci yarısı üçün icra və kommunikasiya planları həyata keçiriləcək YENİLƏNİB

Bakı, 17 iyul, AZƏRTAC

Biznes sahələri üzrə ikinci yarımillik üçün icra və kommunikasiya planları həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 17-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev icra və kommunikasiya planları barədə danışıb. Bildirib ki, bu ilin birinci yarısında biznes sahələrinin bütün istiqamətləri üzrə kompleks islahatlar həyata keçirilib. Bu islahatlar müvafiq icra və kommunikasiya planları əsasında yerinə yetirilib. Həmin müddətdə islahatların tətbiqi nəticələrinə dair ilkin məlumatlar təhlil olunaraq növbəti dövr üçün yeni hədəflər, qarşıda duran vəzifələr müəyyən olunub. Dövlət-biznes dialoqu platforması çərçivəsində özəl sektorun nümayəndələri, xüsusilə biznes assosiasiyaları ilə müzakirələr aparılıb. Bu platforma, ilk növbədə, tətbiq olunan qanun-qaydaların istifadəçilər tərəfindən, onları narahat edən məsələlərin bilavasitə onların nümayəndələrinin iştirakı ilə müzakirə olunması çox mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, yarım ildə biznes sahələrinin əsas istiqamətləri – tikinti, biznesə başlama, elektrik şəbəkəsinə qoşulma, məhkəmə-hüquq sistemi, əmlakın qeydiyyatı, sərhəddə ticarət indikatorları üzrə yeni kommunikasiya planının təsdiq olunması zərurəti vardı. Artıq bu gün bu planın təqdimatı keçirilir. İyulun əvvəlində Baş Nazirin birinci müavini, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri Yaqub Eyyubov tərəfindən biznes sahələri üzrə icra və kommunikasiya planları təsdiq edilib. Planlar dövlət-biznes dialoqu platforması çərçivəsində sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə geniş müzakirə olunub, müvafiq istiqamətlər üzrə təkmilləşdirilməli sahələr və məsələlər dəqiqləşdirilib, onların həlli yolları müəyyən olunub. Planlar biznes sahələri üzrə bir sıra istiqamətlərdə konkret tədbirlərin aidiyyəti qurumlar tərəfindən icrasını nəzərdə tutur: müvafiq istiqamət üzrə inzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi, aidiyyəti qurumların müvafiq sahə üzrə əməkdaşları və bu sahəyə məsul şəxslərlə iş, sahibkarlıq subyektləri ilə kommunikasiya və məlumatlandırma, aparıcı hüquq (konsaltinq) şikətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma, aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları ilə kommunikasiya və məlumatlandırma. İcra və kommunikasiya planlarında əsas hədəf bu ilin əvvəlində istifadəyə verilmiş yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və bu sahədə növbəti inkişaf etdirilməli sahələrin müəyyən olunmasıdır. Bu sahədə ictimai birliklər\biznes assosiasiyalarının nümayəndələri, aparıcı hüquq\konsaltinq şirkətləri ilə intensiv görüşlərin keçirilməsi, islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin aidiyyəti üzrə təqdim olunması tədbirləri də həyata keçiriləcək.

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, “AmCham Azərbaycan”ın hər zaman verdiyi təkliflərindən biri ictimai iştirakçılıqla bağlıdır: “Hesab edirəm ki, istənilən ölkədə inkişaf yolu özəl sektorla dövlət arasında dialoqdan keçir. Bunun üçün müəyyən platformaların olması çox önəmlidir. Düşünürəm ki, biz əməkdaşlığımızı daha da genişləndirməliyik. Yaxın vaxtlarda yaradılmış “Azranking.az” portalı çox gözəl platformadır. Biz, eyni zamanda, ictimaiyyətin daha çox maarifləndirilməsi üzərində işləməliyik. Bu istiqamətdə biznes assosiasiyalarının, palataların rolu böyükdür. Sentyabrdan daha yaxından əməkdaşlıq edəcəyik”.

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Lily Begiaşvili isə deyib: “Dövlət-biznes tərəfdaşlığı dialoqu platforması bir sıra ölkələrdə də mövcuddur. Azərbaycanda əlamətdar hal odur ki, məhz bu dialoq dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Dövlət-biznes tərəfdaşlığı dialoqunun üzvləri arasında olan kommunikasiyanı təmin etmək üçün elektron platformanın mövcudluğu çox əhəmiyyətlidir. Mən bütün özəl sektorun nümayəndələrini və biznes assosiasiyalarını bu təşəbbüsə qoşulmağa dəvət edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub