İDMAN
Cüdoçumuz açıq Asiya kuboku yarışlarında gümüş medal qazanıb
Bakı, 19 iyul, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışında cüdoçumuz Şahin Qəhrəmanov gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü finaladək uğurla irəliləsə də, həlledici mərhələdə koreyalı Jinsu Kangın öhdəsindən gələ bilməyib və ikinci yerlə kifayətlənib.
Daha əvvəl təmsilçimiz Yaşar Nəcəfov (60 kq) yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.
Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]