İDMAN
İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Yetirmələrimin “Bakı 2019”dakı çıxışından razı qaldım
Bakı, 23 iyul, AZƏRTAC
Yetirmələrimin çıxışından razı qaldım. Bəzi məqamların üzərində çalışmalıyıq. Gimnastlarımız finala vəsiqə qazanacaqları təqdirdə bunları nəzərə almalıyıq. Ümumilikdə gimnastlarımız çıxışlarını uğurla başa vurdular.
Bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında çıxış edən Azərbaycan millisinin məşqçisi Gennadi Kotelnikov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Məşqçi bildirib: “Yarışda rəqabət yüksəkdir. Çünki Avropanın güclü atletləri Bakıda bir araya toplaşıblar. Əsas hədəfimiz finala vəsiqə qazanmaqdır. Həlledici mərhələdə hərəkətləri daha təkmilləşdirəcəyik. Gimnastlarımızın potensialları yüksəkdir. Ağakazım Rüstəmov ilk dəfədir irimiqyaslı yarışda iştirak edir. Lakin o, həyəcanlı olmasına baxmayaraq, çıxışını uğurla başa vurdu.