İQTİSADİYYAT
130 mindən çox elektron lotereya bileti satılıb
Bakı, 27 noyabr, AZƏRTAC
www.azərlotereya.com internet səhifəsi vasitəsilə bu ilin yanvar-oktyabr ayları ərzində 130 mindən çox lotereya biletinin elektron satışı həyata keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lotereya biletlərinin elektron satışını həyata keçirmək üçün "Azərlotereya"nın saytında "Lotereya biletlərinin onlayn satışı" bölməsi yaradılıb. Bu bölmədən istifadə etməklə lotereya biletinin üzərindəki rəqəm kombinasiyalarını da əvvəlcədən təyin etmək mümkündür. Bunun üçün saytda qeydiyyatdan keçmək və balansı artırmaq lazımdır.