CƏMİYYƏT
Binəqədi rayonunda avtomobil qaçırmağa cəhd göstərən şəxslər saxlanılıblar
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 18-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Ş.Xəlilova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Rüstəmli və əvvəllər məhkum olunmuş E.Əsədli Əlahiddə Çevik Polis Alayı və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onların avqustun 16-da rayon ərazisindəki bir avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.