DÜNYA
İsrail Ukraynada yüksək informasiya texnologiyalarının tətbiqində maraqlıdır
Kiyev, 19 avqust, AZƏRTAC
İsrail Kiyevdə İnformasiya Texnologiyaları Mərkəzi açacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benjamin Netanyahu Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə Kiyevdə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, Ukraynada informasiya texnologiyalarında çalışa biləcək çox sayda istedadlı gənclər var. Benjamin Netanyahu qeyd edib ki, İsrail şirkətləri Ukraynada kompüter mühəndisliyi, informasiya texnologiyaları sahəsində olan 50 minə yaxın ukraynalı ilə işləyir. İsrail Ukraynada yüksək informasiya texnologiyalarının tətbiqində maraqlıdır və bu sahədə layihələrini həyata keçirir.
Qeyd edək ki, İsrailin Baş naziri Benjamin Netanyahu avqustun 19-dan Ukraynada rəsmi səfərdədir. Səfər zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair bir neçə saziş imzalanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]