REGİONLAR
Astaralı idmançılar İmişlidə keçirilən kikboksinq üzrə açıq rayon birinciliyində iki qızıl medal qazanıblar
Astara, 19 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 17-18-də İmişli şəhərində keçirilən, şəhidlərin xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq rayon birinciliyində astaralı idmançılar uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq rayon birinciliyində astaralı idmançılar - Hüseyn Həsənzadə 35 və Şahlar Rzayev 65 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
İdmançıları yarışa məşqçi-müəllimlər - VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.
Astara Rayon Gənclər və İdman İdarəsində İmişlidə uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən İdarənin rəisi Ərçə Əliyev rayon idmançılarını və onların məşqçilərini qazandıqları uğur münasibətilə təbrik edib, onlara yeni-yeni idman nailiyyətləri arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]