REGİONLAR
Şirvanda 5 nömrəli tam orta məktəb üçün tikilən bina yeni dərs ilində istifadəyə veriləcək
Şirvan, 20 avqust, Mahir Babayev, AZƏRTAC
Şirvanda 5 nömrəli şəhər tam orta məktəb üçün inşa olunan binanın tikintisi başa çatıb. İkimərtəbəli məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 432 şagird yerlik məktəb binasının tikintisinə ötən ilin sentyabr ayında başlanılıb. Artıq binanın daxilində işlər yekunlaşıb. Hazırda texniki avadanlıqlar quraşdırılır, məktəbin ərazisində abadlıq işləri görülür, yaşıllıqlar salınır. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, burada 18 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, yeməkxana, idman və akt zalları fəaliyyət göstərəcək.
Məktəb binasında şagirdlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılacaq. Təhsil ocağı 15 sentyabr - Bilik Günündə şagird və müəllimlərin istifadəsinə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]