REGİONLAR
Qaxda 48 mənzilli yaşayış binasının tikintisinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur
Qax, 20 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərində istismar müddəti başa çatmış 3 ədəd ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ucaldılan 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Bina Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşasına bu ilin fevralında başlanan 4 blokdan ibarət dördmərtəbəli binada hörgü işləri artıq yekunlaşıb, binanın dam örtüyü quraşdırılıb. İş icraçısı Elman Səfərovun sözlərinə görə, hazırda daxili mühəndis-kommunikasiya və bəzək işləri görülür, binanın fasadına suvaq vurulur. Yardımçı tikililərin, o cümlədən hər biri 108 kubmetrlik iki ədəd yanğın əleyhinə və içməli su anbarının inşası başa çatıb, nasosxana binasının tikintisi isə davam etdirilir.
Yaşayış binasının tikintisinin bu il noyabrın sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]