İDMAN
Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam
Bakı, 20 avqust, Leyla Qurbanova, AZƏRTAC
Dünya çempionatına çox az vaxt qalır. Bu nüfuzlu yarışda hədəfim qızıl medaldır. Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam.
Bu sözləri sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Yığma komandanın dünya çempionatına ciddi hazırlaşdığını qeyd edən güləşçi bildirib: “Yığmamız bu nüfuzlu turnirdə yüksək nailiyyətlər qazanmaq əzmindədir. Mundial həm də Tokio Olimpiadasına lisenziya baxımından böyük əhəmiyyət daşıyır. İlk altılıqda yer alacaq güləşçilər Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Komandamız yarışa ciddi hazırlaşır. Təlim-məşqlər intensiv davam edir. Çalışacağıq ki, ölkəmizi yüksək səviyyədə təmsil edək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]