REGİONLAR
Vergilər nazirinin birinci müavini Naftalanda vətəndaşları qəbul edəcək
Bakı, 20 avqust, AZƏRTAC
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov avqustun 23-də Naftalan şəhərində yerləşən vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Ş.Qurbanov küçəsi, Maliyyə şöbəsinin binasının yanında) Goranboy, Göygöl, Samux, Daşkəsən, Kəlbəcər rayonları, habelə Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar avqustun 20-22-də Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinə, habelə Naftalan şəhəri və Goranboy rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.