DÜNYA
Putin Britaniya telekanalının onun barəsində film çəkmək planından xəbərsizdir
Bakı, 23 avqust, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın Channel 4 telekanalının onun barəsində üçhissəli sənədli film çəkmək planından bixəbərdir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dimitri Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Channel 4 telekanalı Rusiya prezidenti barədə üçhissəli sənədli film çəkmək niyyətində olduğunu bildirib. Çəkilişlərin Rusiya, ABŞ, Avropa və Böyük Britaniyada aparılacağı gözlənilir. Filmin müəllifləri, həmçinin arxiv materiallardan istifadə etməyi və Vladimir Putinə yaxın insanlardan müsahibə götürməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
- 20.04.2024 [13:27]
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
- 20.04.2024 [11:51]