DÜNYA
Yunanıstanda meşə yanğını: beş oteldən turistlər təxliyə edilib
Bakı, 25 avqust, AZƏRTAC
Yunanıstanın Samos adasında şiddətli meşə yanğını tüğyan edir. Qabaqlayıcı məqsədlə adadakı beş oteldən turistlər təxliyə olunub.
AZƏRTAC Skai telekanalına istinadla xəbər verir ki, yanğın günün ikinci yarısında Mesokampos rayonunda başlayıb. Alovla mübarizəyə 31 yanğınsöndürən və 13 maşın cəlb edilib, qaranlıq düşənədək dörd təyyarə və iki helikopter su atıb. Sonra rayona əlavə qüvvələr və onlarla könüllü göndərilib. Axşama yaxın vəziyyət yaxşılaşıb.
Yanğın turistik rayondakı mehmanxanaların və yaşayış binalarının yaxınlığında başlayıb. Ehtiyat tədbiri olaraq əvvəlcə iki, daha sonra üç otel təxliyə edilib. Ərazidən min nəfərə yaxın insan çıxarılıb. Turistlərin bir hissəsi dəniz yolu ilə, bir hissəsi isə avtobuslarla daşınıb.
Sutka ərzində ölkə ərazisində 56 yanğının baş verdiyi, onların əksəriyyətinin başlanğıc mərhələsində söndürüldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]