MƏDƏNİYYƏT
“Sehrli Bakı” layihəsi çərçivəsində növbəti konsert
Bakı, 26 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən “Sehrli Bakı” layihəsi çərçivəsində Fəvvarələr meydanında iki gün ərzində növbəti konsert təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertlərdə rəqqasə Səbinə İsmayılova “Ərəb”, “Qaraçı” rəqsləri ilə tamaşaçıların zövqünü oxşayıb.
Gənc müğənnilər Ayaz Babayev, Aygül Bayramova, Tural Məmmədov, Nərgiz Abdul, Gülnar Dadaşova, Narana Paşayeva, Xəyal Hüseyn və “Stop” qrupunun ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.
Tamaşaçıların həftəsonu istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü peşəkar musiqi ilə zənginləşdirmək məqsədi daşıyan “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər sentyabrın 30-dək hər həftəsonu davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]