CƏMİYYƏT
Musa Quliyev: Dövlət tərəfindən özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşma və dəstək verilməsi məqsədəuyğun olar
Bakı, 20 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Dövlət tərəfindən özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşma və dəstək verilməsi məqsədəuyğun olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev sentyabrın 20-də Bakıda keçirilən “Tibb biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda forumda deyib.
O bildirib ki, əgər ölkədə özəl təhsil və səhiyyə müəssisələri olmasa, bütün yük dövlətin üzərinə düşər. İlk növbədə özəl tibb müəssisələrinə müəyyən vergi güzəştləri şamil oluna bilər. Bundan həm dərman təchizatı ilə məşğul olanlar, həm özəl tibb müəssisələri yararlanmalıdırlar. Vergi güzəştlərinin ən azı 8-10 faiz aşağı salınması məqsədəuyğun olardı.
M.Quliyev qeyd edib ki, icbari tibbi sığortanın əsas hədəfi dövlətə bağlı müəssisələrdir, lakin burada özəl sektor da unudulmamalıdır.