İDMAN
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatından yaddaqalan məqamlar - FOTOREPORTAJ
Bakı, 22 sentyabr, AZƏRTAC
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatı gərgin idman mübarizəsi ilə yanaşı, bir sıra maraqlı məqamlarla da yadda qalıb.
AZƏRTAC xəbər verir ki, 61 ölkədən 300-dən çox atletin qatıldığı çempionata azarkeşlər böyük maraq göstəriblər. Gimnastikasevərlər bu maraqlarını idmançılara fəal dəstək göstərməklə nümayiş etdiriblər. Bu dəstəkdən ruhlanan gimnastlar isə tamaşaçılara maraqlı və baxımlı bir idman ab-havası yaşadıblar. Təbii ki, bütün bunlar çempionat ərzində maraqlı məqamların, görüntülərin qeydə alınmasına imkan verib.
Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı, hər kəsin sevimlisi “Qur-Qur” da tamaşaçıların və idmançıların arasında olub. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” onlarla öz təəssüratlarını bölüşüb.
Həmin görüntüləri təqdim edirik.