SİYASƏT
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
Ankara, 23 sentyabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Budapeştdə ofisinin açılması Macarıstanla türk dünyası arasındakı əlaqələri sürətlə genişləndirəcək. Hesab edirəm ki, bu ofis, eyni zamanda, rəsmi Budapeşt ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası (BTA) və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu (BTMİF) arasında sıx əlaqələr quracaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Şurasının Baş katibi Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisinin istifadəyə verilməsini şərh edərkən ifadə edib.
Baş katib bildirib ki, Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının Budapeştdə keçirilən növbədənkənar iclasında Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi statusla üzv olmaq müraciəti təşkilat tərəfindən yüksək dəyərləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara