Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub YENİLƏNİB VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşü olub.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Şavkat Miromonoviç, Sizi Azərbaycanda görməyimə çox şadam. Xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər bizim dostluq, qardaşlıq münasibətlərimizin inkişafına yeni təkan verəcək. Xalqlarımız arasında əlaqələr tarixin sınağından çıxıb. Özbək və Azərbaycan xalqları əsrlərboyu həmrəylik və sülh şəraitində yaşayıb, bir-birinə qardaş münasibəti bəsləyiblər. Bu, möhkəm təməldir. Bu gün müstəqil ölkələr olan Özbəkistan və Azərbaycan öz gələcəyini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurur. Əminəm ki, bizim münasibətlərimizin durmadan inkişafı gələcək zəfərlərin rəhni olacaq. Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik.

Siz çox müdrik qərar qəbul etmisiniz, Özbəkistan Türk Şurasına qoşulub. Buna görə Sizə təşəkkür etmək və Türk Şurası üzvlərinin ümumi məmnunluğunu bildirmək istərdim. Biz bunu tarixi hadisə hesab edirik, bu, heç şübhəsiz, bizim həmrəyliyimizi, qarşılıqlı əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcək. Əminəm ki, sabahkı sammit Şura üzvü olan bütün ölkələr arasında münasibətlərin daha da inkişafına və həmrəyliyə xidmət edəcək. Azərbaycana xoş gəlmisiniz.

x x x

Özbəkistan Prezidenti Şavkat MİRZİYOYEV dedi:

Hörmətli İlham Heydər oğlu, Sizə bir daha çox təşəkkür edirəm. Təyyarədən Azərbaycana yenicə düşmüşəm və çox səmimi münasibət hiss edirəm. Bu, həqiqətən tarixi səfərdir. Bizim bu Şuraya daxil olmaq barədə qərar qəbul etməyimizin 3 ili tezliklə tamam olacaq. Keçən il həmkarlarımın çoxu deyirdi: Gəlin, bu sənədi Çolpon-Atada imzalayaq, orada bayraq qaldıraq. Dedim ki, mənim öz fikrim var. Naxçıvan Sazişinin 10 illiyi tamam olacaq. Bu, tarixi hadisədir. Sizə çox təşəkkür edirəm ki, Siz də məni dəstəklədiniz. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin qədim, möhkəm kökləri var. Bu əlaqələr uzun tarixə malikdir. Zənnimcə, bütün bunları dirçəltməyin vaxtı çatıb. Biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevlə həmişə fəxr edirik. Özbəkistanda onu xatırlayır və ehtiramla yad edirlər, çünki o, həqiqətən böyük şəxsiyyət olub. Onunla yanaşı işləmiş adamlarla çox söhbət etmişəm. O, özbək xalqına həmişə hörmətlə yanaşıb. Şərəf Rəşidoviç ilə çox görüşüblər, çox çətin məsələləri həll ediblər. Onların bu gün sağ olan məsləkdaşları indiyə qədər fəxrlə deyirlər ki, Heydər Əliyev bütün hallarda Özbəkistan haqqında hörmətlə danışır, hər yerdə onu dəstəkləyirdi. Bizdə “özbək işi” qaldırılan çətin illərdə Heydər Əliyevin özbək xalqı haqqında şəxsi fikri vardı. Bu gün biz fəxr edirik ki, Heydər Əliyevin oğlu bu böyük işi davam etdirir.

Bu gün Azərbaycan firavanlaşır. Bilirsiniz ki, biz yaxın qonşularıq və Sizin uğurlarınıza sevinirik. Həmişə fəxr edirik ki, bizə qardaş olan Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadiyyatda uğurlar var. Biz bu uğurları görəndə hesab edirik ki, bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bu uğurlar Sizin Azərbaycanın sabahını görməyinizin nəticəsidir. Biz buna həmişə sevinirik. Əlbəttə, Siz çox düzgün dediniz ki, biz artıq təzə səhifədən başlamalıyıq. Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. Yolda gələndə təyyarədə nazir mənə dedi ki, biz dəyəri 390 milyondan çox olan kontraktlar hazırlamışıq.

Nümayəndə heyətinin üzvü: Artıq 432 milyondur.

Prezident Şavkat Mirziyoyev: Siz düzgün dediniz ki, bizim perspektivli istiqamətlərimiz çoxdur. Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. Biz Sizinlə söhbət etmişik. İndi biz SOCAR üçün ərazi ayırmışıq. Mən bizimkilərə demişəm, elə yerlər, elə ərazilər ayırsınlar ki, biz bu ciddi şirkətlə uzun müddət əməkdaşlıq edə bilək. İkincisi, bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik.

Daha bir mühüm istiqamət, - Sizin artıq qeyd etdiyiniz kimi, - nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin.

Mədəni-humanitar əlaqələr məsələsinə gəlincə, bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb. Biz daha çox görüşlər, konfranslar keçirməli, hər şey barədə danışmalıyıq. Bizim ortaq cəhətlərimiz çoxdur, bizi Əlişir Nəvai və Nizami Gəncəvi birləşdirir. Sizə təşəkkür edirəm ki, Mədəniyyət nazirinizi bizim tədbirlərə göndərirsiniz. Bu il o, iki dəfə bizdə olub. Yeri gəlmişkən, bizdə beynəlxalq Baxşi sənəti festivalı keçirilib. Bu festivalda Azərbaycan nümayəndələri mükafata layiq yerlər tutublar. Demək istəyirəm ki, biz bir-birimizi eşidəndə, görüşəndə əməkdaşlıq istiqamətlərini özümüz tapırıq.

Biz bu səfəri çoxdan gözləyirdik. Biz buraya çox böyük istəklə və qardaş Azərbaycan xalqına sevgi ilə gəlmişik. Mən bu qədər adamı hədər yerə gətirməmişəm. Gətirmişəm ki, onlar həqiqətən səmərəli işləsinlər. Sizi özünüz üçün münasib olan istənilən vaxtda Özbəkistana dəvət edirəm. Ona görə ki, Siz çoxdan bizdə olmamısınız və biz çox istəyirik ki, Sizin üçün münasib olan istənilən vaxtda Özbəkistana gələsiniz, bizim münasibətlərimiz yeni məzmunla zənginləşsin. Sonra isə mən Azərbaycana hökmən səfər edəcəyəm.

x x x

Prezident İlham Əliyev: Çox sağ olun hörmətli Şavkat Miromonoviç.

Mən, ilk növbədə, ölkəmiz barədə dediyiniz xoş sözlərə görə Sizə təşəkkür etmək istərdim. Bilirsiniz ki, biz də Özbəkistanda Sizin rəhbərliyinizlə həyata keçirilən dəyişiklikləri diqqətlə izləyirik. Sizin islahatlara, Özbəkistanın coşqun inkişafına yönəlmiş səyləriniz öz səmərəsini verir. Bu gün Sizin ölkəniz haqlı olaraq böyük beynəlxalq nüfuz qazanıb, iqtisadiyyatda və sosial sahədə apardığınız islahatlar təkcə Özbəkistan vətəndaşları arasında deyil, bizdə də böyük əks-səda doğurur. Çünki biz dostlar, qardaşlar kimi həmişə bir-birimizin uğurlarına sevinirik.

Heydər Əlirza oğlu Əliyev haqqında dediyiniz xoş sözlərə görə çox sağ olun. Siz tamamilə haqlısınız. O, özbək xalqına böyük hörmət və məhəbbət bəsləyirdi. Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma yenidənqurma illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət “özbək işi” adlandırılan məsələ barədə idi. Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular. Ona görə ki, bu, Sovet İttifaqının türkdilli respublikalarına qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hücum idi. Bu hücum Azərbaycandan da yan keçmədi, burada da təxminən eyni əməlləri həyata keçirməyə çalışırdılar, lakin bunun üçün sadəcə vaxtları çatmadı.

Münasibətlərimizin gələcəyi barədə isə Siz bizim əməkdaşlıq edəcəyimiz məsələləri çox geniş və ətraflı səciyyələndirdiniz. Əminəm ki, bu gün biz yeni istiqamətlər müəyyənləşdirəcəyik və hər bir istiqamət üzrə bu gün və sabah müvafiq qurumlar görüşəcəklər, müzakirələr aparacaqlar və bizi yaxşı nəticələrə doğru yönəldəcəklər. Dəvətə görə sağ olun. Yenidən məmnuniyyətlə qardaş Özbəkistana səfər edərəm.

X X X

Prezident Şavkat Mirziyoyev: Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir.

Prezident İlham Əliyev: Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub YENİLƏNİB VİDEO

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO