ELM VƏ TƏHSİL
AzMİU-da antiplagiat sisteminin imkanlarına dair maarifləndirici seminar təşkil olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşəbbüsü ilə elmi işlərin antiplagiat proqramı vasitəsilə yoxlanılması metodologiyası üzrə növbəti maarifləndirici seminar təşkil olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Plagiat.pl şirkətinin biznesin inkişafı üzrə meneceri Aygül Səmədova tərəfindən aparılan təlimdə universitet üzrə sistem administratoru və operatorlar iştirak ediblər.
Elmi-tədqiqat şöbəsinin müdiri Nərmin Rzayeva çıxış edərək universitetin plagiatla mübarizə strategiyasından və bu istiqamətdə AzMİU və Plagiat.pl şirkəti arasında qurulan əməkdaşlığın nəticələrindən bəhs edib.
Daha sonra təlimçi iştirakçıları StrikePlagiarism.com antiplagiat sisteminin yeni interfeysi, proqramın işləmə mexanizmi barədə məlumatlandırıb. A.Səmədova təhsil müəssisələri üçün tətbiq olunan yeni interfeysin üstünlükləri və interfeysin daha rahat və intuitiv olması ətrafında geniş təqdimatla çıxış edib. O, elmi işlərdə plagiatın aşkar olunmasında sistemlə yanaşı, ekspertlərin rəyinin də mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]