CƏMİYYƏT
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 14 oktyabr, AZƏRTAC
Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ-5320” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Tovuz şəhərinin H.Əliyev prospektində isə naməlum avtomobillə Abulbəyli kənd sakini Babək Əliyevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub. Xəstəxanaya yerləşdirilmiş B.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.