DÜNYA
Niderland polisi bir qrup insanı illərlə zirzəmidə saxlayan şəxsi həbs edib
Vyana, 16 oktyabr, AZƏRTAC
Niderland polisi bir qrup gənci uzun illər zirzəmidə saxlayan 58 yaşlı avstriyalını həbs edib.
AZƏRTAC xəbər verir ki, Niderland Krallığının şərqində yerləşən Drente əyalətindəki fermalardan birində altı nəfərin (beş yeniyetmə və gənc, bir nəfər yaşlı) azı doqquz il zirzəmidə saxlandığı müəyyən edilib. Niderland İctimai Televiziyasının (NOS) yaydığı məlumata görə, qonşular həmin ərazidə insanların qapalı şəraitdə saxlandığından xəbərsiz olublar. Zirzəmidə saxlanılanların 15-25 yaş aralığında olduqları bildirilir.
Oktyabrın 15-də gənclərdən biri qəsəbə sakinlərinə müraciət edərək, bacı və qardaşlarının xilas olunması üçün kömək istəyib. Polisə müraciət edən sakinlər gənclərin uzun illər davam edən “zirzəmi həyatı”na son qoya biliblər.
Onların hansı səbəbdən zirzəmidə saxlandıqları araşdırılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]