CƏMİYYƏT
Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Hacıqabul rayon sakini Vasif Manafov Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə və rayon polis şöbəsinə müraciət edərək ona məxsus fərdi evdən ümumi dəyəri 1350 manat olan məişət avadanlığının oğurlanması ilə bağlı məlumat verib.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini 35 yaşlı Ağaqulu Quliyev Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Dindirilmə zamanı A.Quliyev törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı məişət avadanlıqları satdığı şəxslərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.