DÜNYA
Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaqlar
Bakı, 22 oktyabr, AZƏRTAC
Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti həyata keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Prezident Ərdoğan bildirib ki, sabahdan başlayaraq 150 saat ərzində kürd birləşmələri 30 kilometrlik ərazini tərk edəcəklər və bundan sonra Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə patrul xidmətinə başlayacaq. Birgə patrul xidməti Türkiyə sərhədindən Suriya ərazisinin 10 kilometr dərinliyinədək olan hissəsini əhatə edəcək.
Bundan başqa, terrorçular Tel Rifat və Mənbiç şəhərlərini də tərk edəcək və Türkiyə sərhədindən 30 kilometr kənara çəkiləcəklər.
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü altı saatdan çox davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]