ELM VƏ TƏHSİL
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də Təhsil nazirinin müavini Firudin Qurbanov Mingəçevir şəhərindəki Gənclər Evində Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib.
Əvvəlcə Təhsil nazirinin müavini Firudin Qurbanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbul 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Qəbulda qeyd edilən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir müavini vətəndaşların müraciət və təkliflərini dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsilalanların köçürülməsi və digər məsələlərlə bağlı müraciət ediblər.