DÜNYA


13,5 milyard abunəçinin ünsiyyət qurmasına hesablanan optik rabitə kanalı sınaqdan keçirilib

Bakı, 8 fevral, AZƏRTAC

Çində eyni vaxtda 13,5 milyard abunəçinin ünsiyyət qurmasına hesablanan optik rabitə kanalının sınaqları keçirilib.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, layihə iştirakçıları öz şərhlərində Çində hazırlanan meqabayt tutumlu məlumatların yüksək sürətlə və böyük məsafələrə ötürülməsini nəzərdə tutan texnologiyaların yeni inkişaf mərhələsinə qədəm qoymasını qeyd edərək eksperiment prosesində məlumatların saniyədə 560 terabayt sürətində ötürülməsinə nail olunmasını bildiriblər.

Məlumata görə, sınaqlar yeddi mərkəzi telə malik birmodullu optik kabeldən istifadə edilməklə həyata keçirilib. Hazırda istifadə olunan optik lif çinli alimlərin əyani müqayisəsində birxətli dəmir yolu rolunda çıxış edirsə, Çində sınaqdan keçirilən yeni texnologiya yeddizolaqlı yüksək sürətli magistralla müqayisə olunur.

Son vaxtlar ötürülən informasiya həcminin daim artması ilə əlaqədar qlobal kommunikasiya şəbəkə sistemlərinin çox yüklənməsi dünyanın əksər ölkələrində, o cümlədən Çində innovativ optik lif texnologiyalarının yaradılmasını zəruri edib.

Belə texnologiyaların yaradılması yolunda 2014-cü ildə Çində məlumatı saniyədə 100 terabayt sürətlə ötürən eksperimental optik rabitə sisteminin sınağı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.