SİYASƏT
Ukrayna və Belarus KİV-ləri Azərbaycanda həyata keçirilən islahatları diqqət mərkəzində saxlayır
Kiyev, 6 dekabr, AZƏRTAC
Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin fundamental islahatları, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, Belarusun BELTA informasiya agentliyi, “Belarus Seqodnya” portalı, Ukraynanın UKRİNFORM, Fakt informasiya agentliyi, “rbc.ua” portalı Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarı, parlament Aparatının rəhbəri Səfa Mirzəyevin Konstitusiya Məhkəməsinin Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alması barədə bəyanatı, Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamı barədə məlumat verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev