DÜNYA
ABŞ-da hərbi bazadakı insidentlə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı dindirilib
Bakı, 7 dekabr, AZƏRTAC
Floridada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Pensacola” hərbi bazasında baş verən atışmadan sonra yerli hakimiyyət orqanları Səudiyyə Ərəbistanının altı vətəndaşını dindirib.
AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, bu barədə yüksək vəzifəli mənbə bildirib.
İnsident dekabrın 6-da səhər saatlarında baş verib. Gülləbaran nəticəsində dörd nəfər həlak olub, o cümlədən atəş açan şəxs öldürülüb, yeddi nəfər isə yaralanıb. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
KİV-lərin məlumatına görə, atıcı xarici hərbçilər üçün bazada təşkil olunan təlimin iştirakçısı Məhəmməd Səid əl-Şamrani olub. Ümumilikdə bazada 1,5 minə yaxın hərbçi təlim keçir. Onların əksəriyyəti proqramda 1970-ci illərdən iştirak edən Səudiyyə Ərəbistanının vətəndaşlarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]