DÜNYA
Özbəkistanın Termez şəhərində yaradılan Təhsil Mərkəzində Əfqanıstan üçün kadrlar hazırlanır
Daşkənd, 10 dekabr, АZƏRTAC
Özbəkistanın Termez şəhərində yaradılan Təhsil Mərkəzində Əfqanıstan üçün savadlı kadrlar hazırlanır.
AZƏRTAC xəbər verir ki, mərkəzdə əfqan tələbələr üçün 18 ali, 19 orta ixtisas proqramı üzrə modullaşdırılmış tədris planları hazırlanıb. Gənclərin seçdikləri ixtisaslara dərindən yiyələnmələri üçün onlara Özbəkistanın nüfuzlu ali məktəblərinin professorları və müəllimləri dərs deyir. Mərkəz “Elektron təhsil” sisteminə qoşulub.
Bu il müxtəlif ixtisaslar üzrə 96 gənc Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin diplomlarını alaraq Əfqanıstana qayıdıb.
Onlar Əfqanıstanın müxtəlif regionlarında çalışırlar. Tələbələrin beşi isə Termez Dövlət Universitetində magistr təhsili alır.
2020-ci ildə daha 147 əfqan gənc oxumaq üçün Mərkəzə müraciət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]