DÜNYA
Yaponiyanın Xarici İşlər naziri Moskvaya səfər edəcək
Tokio, 10 dekabr, AZƏRTAC
Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi dekabrın 17-dən 21-dək Rusiyada səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir dekabrın 10-da Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.
T.Moteqi deyib: “Dekabrın 17-dən 21-dək Rusiyaya səfər etmək niyyətindəyəm. Səfər çərçivəsində sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirmək üçün Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyəm”.
Xatırladaq ki, T.Moteqi və S.Lavrov ötən ay G20 ölkələri Xarici İşlər nazirlərinin Naqoyada keçirilən görüşü zamanı da bir araya gəlmişdilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]