ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası və TÜBİTAK birgə müsabiqə elan edir
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə dekabrın 11-dən martın 6-dək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Ətraflı məlumat və ərizə formalarını (http://bei.science.gov.az/az/content/8) veb-səhifəsindən əldə etmək mümkündür.
Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.
Tel.: (+994 12) 492 34 46
E-mail: [email protected]
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30