MƏDƏNİYYƏT
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
Daşkənd, 13 dekabr, АZƏRTAC
Özbəkistanın “Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu haqda qərar UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Kolumbiyanın Boqota şəhərində keçirilən 14-cü sessiyasında qəbul olunub.
İclasda bildirilib ki, Özbəkistanın zəngin tarixi və mədəniyyəti var və gələcəkdə “Baxşi” (aşıq) sənətinin, həmçinin qədim idman növlərinin bu siyahıya salınması istiqamətində iş aparılır.
Xatırladırıq ki, bundan əvvəl “Şaşmakom” (muğam), “Baysun rayonunun mədəni məkanları” (Qaşqadərya vilayəti), “Katta Aşula” (musiqisiz ifa edilən mahnı), “Askiya” (kişilərin bir-biri ilə zarafatlaşması), “Plov ənənələri” və “Novruz” bayramı bu siyahıya daxil edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd