REGİONLAR
Neftçalada meyvə bağlarından 1879 tondan çox məhsul tədarük olunub
Neftçala, 14 dekabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 591,7 hektar meyvə bağından 1849 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəzlənib. Bunun nəticəsində də bu il bağlarda məhsul bol olub.
Rayon stastika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını başa çatdırıblar. Bağbanlar indiyədək ağaclardan 1879,8 ton meyvə yığılıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 ton və ya 1,7 faiz çoxdur.