Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Berlində aqrar sahədə Azərbaycan-Almaniya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunur

Nazir İnam Kərimov Berlində Bundestaq üzvləri, Leybnitz İnstitutunun icraçı direktoru və Belarusun Ərzaq və Kənd Təsərrüfatı naziri ilə görüşüb

Berlin, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir. Səfərdə məqsəd Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində, 12-ci “Kənd Təsərrüfatı Nazirlərinin Berlin Konfransı”nda və 12-ci “Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu”nda iştirak etməkdir.

AZƏRTAC xəbər verir ki, nazir İnam Kərimov səfər çərçivəsində Almaniya Bundestaqının Ərzaq və Kənd Təsərrüfatı Komitəsinin sədri Alois Gerig ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə danışılıb, aqrar sahənin qeyri-neft sektorunun inkişafında prioritet sahə hesab olunduğu bildirilib. Bundestaqın komitə sədrinə bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, kənd təsərrüfatının əsas inkişaf istiqamətləri, aqrar sahədə innovasiyaların, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar sektora dövlət dəstəyi barədə məlumat verilib. Nazir Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin hər il daha da genişləndirildiyini vurğulayıb, aqrar sahənin inkişafı üçün əlverişli investisiya mühitinin yaradıldığını qeyd edib. Görüşdə Azərbaycan və Almaniyanın aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Alois Gerig bildirib ki, Azərbaycanda aqrar xidmətlərin elektronlaşdırılmasını yüksək qiymətləndirir. Bu prosesi təkmilləşdirmək üçün ölkəsinin texnologiya transferinə hazır olduğunu deyən komitə sədri aqrar təhsil sahəsində əməkdaşlığın vacib əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, azərbaycanlı gənclər Almaniyada təşkil olunan təlim proqramlarından geniş faydalana bilərlər.

Görüşdə Azərbaycanın Avropanın müxtəlif ölkələri ilə təhsil sahəsində mübadilə proqramlarında iştirakı barədə məlumat verilib, azərbaycanlı fermerlərin Almaniyaya səfər edərək müasir aqrar texnologiyalarla tanışlığı üçün imkanların yaradılmasının vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumunun keçirilməsi ətrafında da müzakirələr aparıblar.

Nazir İnam Kərimov səfər şərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Michael Harms ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensialı barədə fikir mübadiləsi aparılıb. Nazir Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının geniş ixrac potensialı var, hazırda aqrar sahənin inkişaf strategiyasında əsas prioritetlərdən birini aqrar emal sənayesinin müasirləşdirilməsi, yeni emal müəssisələrinin qurulması təşkil edir. Tərəflər kənd təsərrüfatı sahəsində Almaniya şirkətləri ilə ortaq müəssisələrin yaradılmasının mümkünlüyü, mövcud əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi ətrafında müzakirələr aparıblar.

Michael Harms Azərbaycanın kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə tanış olduğunu və məhsullarımızı bəyəndiyini deyib. Almaniya şirkətlərinin Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya yatırmaqda maraqlı olduğunu qeyd edən Michael Harms bildirib ki, keçirilməsi planlaşdırılan Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumu iki ölkə arasında mövcud əlaqələri və tərəfdaşlığı daha da möhkəmləndirəcək. Aqrar sektorun nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və təcrübə mübadiləsi aparılması təklifini müsbət dəyələndirən Michael Harms bu istiqamətdə görüləcək işlərə tam dəstək verəcəklərini bildirib.

Nazir İnam Kərimov səfər çərçivəsində Almaniyanın İqtisadi Keçid yaşayan Ölkələrin Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnitz İnstitutunun direktoru Tomas Qlauben ilə görüşüb. Görüşdə kənd təsərrüfatının inkişafında aqrar tədqiqatların roluna toxunulub. Qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda yeni çağırışlara cavab vermək üçün kənd təsərrüfatına dair tədqiqatların aparılması vacibdir. Nazir Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti barədə qarşı tərəfi məlumatlandırıb və bildirib ki, hazırda mərkəz tərəfindən kənd təsərrüfatında mövcud trendlər, aqrodataların toplanması, təhlili və analizi həyata keçirilir. Qeyd olunub ki, mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təcrübənin öyrənilərək Azərbaycanda tətbiqi üçün modellərin hazırlanmasından ibarətdir. Bu məqsədlə ATM-in əməkdaşları beynəlxalq mübadilə proqramlarında iştirak edir, apardıqları tədqiqatların nəticələrini xarici tərəfdaşlarla bölüşürlər.

Tomas Qlauben Leybnitz İnstitutu tərəfindən Qafqaz və Mərkəzi Asiyada aqrar siyasət göstəriciləri, kənd təsərrüfatında ixracın artırılması, dəyər zəncirlərinin yaradılması istiqamətində araşdırmalar aparıldığını deyib və bu istiqamətdə Aqrar Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib. Müzakirələr zamanı Leybnitz İnstitutu ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olunub.

Nazir İnam Kərimov, həmçinin Belarus Respublikasının Ərzaq və Kənd Təsərrüfatı naziri Anatoli Xotko ilə görüşüb. Qeyd olunub ki, son illər kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus əməkdaşlığı sürətlə inkişaf edir. İki ölkənin nazirlikləri arasında ötən il imzalanmış əməkdaşlıq sazişində müəyyən olunmuş istiqamətlər üzrə işlərin uğurla davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Belarus hər iki ölkədə istehsal və emal olunan kənd təsərrüfatı məhsullarının qarşılıqlı olaraq yeni bazarlara çıxışının müəyyən edilməsi və ixrac potensialının artırılması üçün birgə fəaliyyəti gücləndirib. Hazırda aqrar sektorda investisiyaların qarşılıqlı təşviqi və kənd təsərrüfatında investisiya tələb edən prioritet istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi imkanları araşdırılır.

İnam Kərimov və Anatoli Xotko qeyd ediblər ki, hazırda aqrar sahədə Azərbaycan-Belarus əməkdaşlığı çoxtərəfli inkişaf etsə də, əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur.

Görüşdə Azərbaycanın Belarusla kənd təsərrüfatı texnikalarının birgə istehsalı, heyvandarlıq, bitkiçilik, aqrar-sənaye komplekslərinin yaradılması istiqamətlərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirməsi barədə razılıq əldə edilib. Tərəflər bu məqsədlə birgə məsləhət və təlim proqramlarının, seminarların, konfransların təşkil edilməsi barədə də razılığa gəliblər. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edir.

Görüşlərdə, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib