İDMAN
Yaponiya özünümüdafiə qüvvələrinin aviasiya pilotaj qrupu Olimpiya məşəlini qarşılamaq üçün məşqlərə başlayıb
Tokio, 18 yanvar, AZƏRTAC
Yaponiya özünümüdafiə qüvvələrinin “Blue Impulse” aviasiya pilotaj qrupu Olimpiya məşəlini qarşılamaq üçün məşqlərə başlayıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Olimpiya məşəli Yunanıstanın Olimpiya şəhərində martın 12-də yandırılacaq və təyyarə ilə Yaponiyaya göndəriləcək. Olimpiya məşəlinin martın 20-də özünümüdafiə qüvvələrinin Yaponiyanın şimal-şərqində yerləşən Miyaqi prefekturasını Hiqaşi-Matsuşima şəhərindəki aviabazasına çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Tokioda 1964-cü ildə keçirilən Olimpiya Oyunları zamanı “Blue Impulse” pilotaj qrupu səmada Olimpiadanın rəmzi olan beş halqanı çəkmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio