QAN YADDAŞI
Azərbaycan tatarları 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini anır. Bu kədərli gündə Şəhidlər xiyabanına gələnlər arasında “Tatarıstan” İctimai Birliyinin nümayəndələri də olub. Onlar Yanvar faciəsində həlak olanların nurlu xatirəsini anıb, dua oxuyub, şəhidlərin məzarları üstünə çiçəklər düzüb və “Əbədi məşəl” memorialına gediblər.
“Tatarıstan” İB-dən AZƏRTAC-a bildiriblər ki, Əjdərbəy məscidinin imamı, birliyin dini sektorunun rəhbəri Rəşid Cabbarov deyib: “20 Yanvar bütün Azərbaycan xalqının faciəsidir. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri, o cümlədən tatarlar bu faciə nəticəsində zərər çəkib. Qanlı hadisələrdə günahsız insanlar həlak olub. Onların çoxu cavan idi. Otuz il keçməsinə baxmayaraq, 20 Yanvar yarası hələ də göynəyir və bu ağrı-acı heç vaxt bitməyəcək. Bu gün bütün ölkə dərin hüzn içindədir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]