REGİONLAR
Kürdəmirdə meyvə istehsalı ildən-ilə artır
Kürdəmir, 22 yanvar, AZƏRTAC
Kürdəmir rayonunda yola saldığımız 2019-cu ildə 36 min 836 ton meyvə istehsal edilib. Bu göstərici 2018-ci illə müqayisədə 3 min 29 ton və ya 8,9 faiz çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər kənd əməkçilərinin narçılığa maraq göstərməsi, intensiv texnologiyaların tətbiqi məhsul istehsalında narın xüsusi çəkisinin artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, ötən il istehsal olunan meyvənin 32 min 796 tonu nardır. Qalanı isə heyva, gavalı, alça və digər meyvələrdir.
Qeyd edək ki, son beş ildə rayonda bağların sahəsi 1300 hektar artaraq 3998 hektara çatıb. Meyvə bağları, xüsusilə sakinləri əsas məşğuliyyət növü olan narçılıq Axtaçı, Karrar, Ərəbqubalı, Sığırlı və bir sıra digər ərazi dairələrində daha sürətlə artır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]