DÜNYA
Özbəkistan Baş Nazirinin müavinləri və nazirlər təsdiq edilib
Daşkənd, 22 yanvar, АZƏRTAC
Özbəkistan parlamentinin Ali Məclisi bu gün keçirilən iclasında Baş Nazirin müavinlərini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, Açilbay Ramatov Baş Nazirin birinci müavini seçilib.
Camşid Kuçkarov Baş Nazirin müavini, Maliyyə naziri, Əziz Abduxakimov Baş Nazirin müavini, turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri, Elmira Basitxanova Baş Nazirin müavini, Qadınlar Komitəsinin sədri təsdiq olunublar.
Beləliklə, 22 nazir və dövlət komitələrinin sədrləri də təyin edilib. Dövlət başçısı Nazirlər Kabinetinin üzvlərini təsdiq etdikdən sonra onların səlahiyyətləri qüvvəyə minir.
Xatırladaq ki, yanvarın 21-də Ali Məclisdə Abdulla Aripov yenidən Özbəkistanın Baş Naziri seçilmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]