DÜNYA
Məhkəmə Norveç dövlətinin ölkənin Arktika hissəsində neft quyuları qazılmasına lisenziya vermək hüququnu dəstəklədi
Oslo, 25 yanvar, Rauf Əliyev, AZƏRTAC
Məhkəmə Norveç dövlətinin ölkənin Arktika hissəsində neft quyuları qazılması üçün lisenziya vermək hüququnu qüvvədə saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Norveç hökuməti yayıb. Bildirilir ki, Norveç Apellyasiya Məhkəməsi “Nature and Youth” və “Greenpeace Nordic” ətraf mühitin qorunması təşkilatlarının ittihamlarına baxmayaraq, daha öncə Oslo məhkəməsində hökumətə bəraət verən qərarı qüvvədə saxlayıb. Qərara görə, Arktika sularında neft və qaz axtarışında yeni quyular qazılması Paris İqlim Dəyişikliyi Sazişinin tələblərini və Norveç Konstitusiyasının gələcək nəsillər üçün təmiz mühit təminetmə müddəasını pozacaq. Ekoloqların fikrincə, gələcəkdə bu ərazilərdən çıxarılan neftin digər ölkələrdə istifadəsi yenə də ətraf mühitə mənfi təsir göstərəcək.
Beləliklə, ekoloji təşkilatların iddiası ilə baş tutan məhkəmədə özləri məğlub olub.
“Greenpeace Norway”in baş direktoru Frude Plame AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib ki, məhkəmədə uduzmalarına baxmayaraq, nailiyyətlər də mövcuddur. “Biz şadıq ki, Norveç Apellyasiya Məhkəməsi indiki və gələcək nəsillərin sağlam mühitdə yaşamaq hüququnu tanıyır. Lakin bu hüquq harada olursa-olsun, Norveç neftinin yandırılmasına görə vurulan zərərin nəzərə alınması öhdəliyini özündə saxlamalıdır. Bu, Norveç Konstitusiyasına uyğun olaraq sağlam bir ətraf mühit hüququnun qorunması baxımından önəmli qələbədir”, - deyə QHT sədri bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo