DÜNYA
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Ankara, 25 yanvar, AZƏRTAC
Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və güc nazirlikləri fəlakət bölgəsində birgə çalışırlar. Yerli vaxtla 7:40-a olan məlumata görə yaralıların sayı 922 nəfərə çatıb. Onlardan 14-nün vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, hökumətin yaratdığı Fövqəladə Vəziyyət Məntəqəsində “Qaynar xətt” yaradılıb. Bildirilir ki, 19 nəfər həyatını itirib. Evləri dağılan və riskli hala düşən vətəndaşlar məktəblərdə, idman mərkəzlərində, digər azmərtəbəli binalarda yerləşiblər.
Ölkənin hər yerindən təbii fəlakət bölgəsinə yardım istiqamətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin 9 yük təyyarəsi Elazığ hava limanına enib.
Havaların kəskin soyuq olması evsiz insanların çətinliyini artırır.
Afterşok sayı 200-ə yaxınlaşır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]