CƏMİYYƏT
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir
Ankara, 25 yanvar, AZƏRTAC
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Ölkəmizin Türkiyədəki səfirliyindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, Elazığda bir yerə toplaşan vətəndaşlarımız Malatya şəhərindən yola düşən ikinci avtobusla İğdıra, oradan da Naxçıvana aparılacaq. Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaq vətəndaşlarımızın Türkiyəni tərk etmək üçün sənədləri qaydasındadır.
Vətəndaşlarımızı təxliyə edən birinci avtobus yerli vaxtla saat 17.00-da Elazığdan Naxçıvana yola düşüb.
Qeyd edək ki, hadisədən dərhal sonra Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb. Əlaqə nömrəsi, Mürşüd Məmmədov: 00905526792565.
Təbii fəlakət bölgəsini tərk etmək istəyən digər vətəndaşlarımızın istəyinə uyğun olaraq aidiyyəti qaydada tədbirlər davam etdirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]