İDMAN
Azərbaycan karateçisi Parisdə keçirilən turnirdə bürünc medal qazanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan karateçisi Rafiz Həsənov Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 67 kiloqram çəki dərəcəsində iştirak edən Rafiz Həsənov üçüncü yer uğrunda döyüşdə braziliyalı Vinisius Fiqueyraya qalib gəlib.
Komandamızın digər üzvü İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə misirli Feryal Abdelazezlə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.
Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.
Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya xalları da qazanacaqlar.
Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]