İDMAN
İtaliya A seriyası: Roma derbisində heç-heçə
Bakı, 26 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 26-da İtaliya A Seriyasının 21-ci turunun maraq doğuran oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iki iddialı klub “Roma” komandası “Latsio” klubunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 26-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Edin Dzeko açıb. Qoldan səkkiz dəqiqə sonra “Latsio” tarazlığı bərpa edib. Francesko Acerbi adını tabloya yazdırıb. Roma derbisində qalan dəqiqələrdə qol olmayıb.
İyirmi bir turdan sonra “Latsio” 46 xalla üçüncü, “Roma” isə 39 xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, tura saat 23:45-də baş tutacaq “Napoli” - “Yuventus” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]
AFFA beş klubu cəzalandırıb
- 18.04.2024 [12:37]
UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur
- 18.04.2024 [11:59]
Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq
- 18.04.2024 [11:54]
"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı
- 18.04.2024 [11:51]