CƏMİYYƏT
Paytaxtda keçmiş məhkumlar evdən pul və qızıl-zinət əşyaları oğurlayıblar
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, T.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.