DÜNYA
“Fitch” agentliyi Yunanıstanın kredit reytinqini BB səviyyəsinə qaldırıb
Afina, 28 yanvar, AZƏRTAC
“Fitch” reytinq agentliyi Yunanıstanın kredit reytinqi göstəricisini “BB-”dən “BB”yə qaldırıb. Reytinq agentliyinin bu qərarı Yunanıstanın ÜDM göstəricisinin artması və vergi siyasətinin ehtiyatlılığı ilə izah olunur. Eyni zamanda agentlik ölkə üzrə proqnozunu “stabildən” “müsbətə” dəyişdirib. Bu qərarı isə agentlik Yunanıstanın dövlət borcunun azaldılması və 2019-cu il iyulunda keçirilən parlament seçkilərindən sonra siyasi vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar verib.
Qeyd edək ki, 2015-ci ildə baş verən maliyyə böhranı zamanı Yunanıstan hökuməti kapitalın hərəkətinə nəzarət qərarını qəbul edib. Bu qərar 2019-cu ilin sentyabrında ləğv edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]