SİYASƏT
Konstantin Kosaçev: Əminəm ki, 9 fevral seçkiləri beynəlxalq norma və qaydalara uyğun keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Əminəm ki, Azərbaycanda 9 fevral parlament seçkiləri beynəlxalq norma və qaydaların tələblərinə uyğun və yüksək səviyyədə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında Rusiya Federasiya Şurasının Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçev söyləyib.
“Azərbaycan tərəfindən bu seçkilərə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də MDB Parlamentlərarası Assambleyası vasitəsilə müşahidəçilər göndərməklə bağlı dəvət aldıq. Hazırda seçkilərə hazırlıq prosesi gedir. Hər hansı bir narahatlıq müşahidə etmirik. Fevralın 9-da keçiriləcək parlament seçkilərində dost Azərbaycan xalqına uğurlar arzulayırıq", - deyə K.Kosaçev bildirib.