DÜNYA
Rusiya vətəndaşlarına elektron pasportlar veriləcək
Moskva, 29 yanvar, AZƏRTAC
Rusiya vətəndaşlarına yeni – elektron pasportlar veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib.
O deyib ki, bank kartını xatırladacaq yeni pasportlarda vətəndaşların adı, soyadı, ata adı, doğum tarixi və yeri qeyd olunacaq. Yeni pasportlara quraşdırılacaq çiplərdə barmaq izləri və digər məlumatlar yerləşdiriləcək.
Köhnə pasportların yeniləri ilə əvəzlənməsi prosesi tədricən həyata keçiriləcək. Yeni pasportların bu ilin iyulundan verilməsinə başlanacağı ehtimal edilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]