TARİXDƏ BU GÜN


13 SENTYABR

A+ A

1933-cü il. Tanınmış bəstəkar, Azərbaycan və SSRİ Xalq Artisti Arif Məlikovun doğum günü. Bir çox musiqi kollektivləri, dünyanın məşhur orkestrləri onun simfonik və musiqili-teatr yaradıcılığına müraciət edir. Arif Məlikovun əsərləri beynəlxalq festivalların proqramlarına daxil olunur. Nazim Hikmətin eyniadlı dramının süjeti əsasında yazılan “Məhəbbət əfsanəsi” baleti xüsusi populyarlıq qazanıb. Baletə dünyanın müxtəlif səhnələrində 65 dəfədən çox quruluş verilib.

 

1993-cü il. Vaşinqtonda ABŞ prezidenti Bill Klinton, İsrailin Baş naziri İshak Rabin və Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfatın iştirakı ilə İsrail və FAT prinsiplər haqqında birgə Bəyannamə imzalayıblar. Bəyannamə tərəflər arasında razılaşdırılan Fələstin özünüidarəsi haqqında aralıq sazişinin əsas parametrlərini, o cümlədən Qəzza zolağında və İyerixon anklavında Fələstin muxtariyyətinin yaradılmasını, Fələstin hökumətinin təşkilini və qanunvericilik şurasına seçkilərin keçirilməsini və digər müddəaları özündə əks etdirirdi.

 

1929-cu il. London Universitetinin Tibbi Araşdırma Klubunun iclasında bakterioloq alim Aleksander Fleminq ilk dəfə penisillini kəşf etdiyini elan edib. 1928-ci ildə insan orqanizminin yoluxucu xəstəliklərdən müdafiəsi üçün təcrübə aparan alim təsadüf nəticəsində müəyyən etdi ki, adi kif infeksion törədicilərini məhv edən maddəni sintezləşdirir. A.Fleminq aşkarladığı molekula penisillin adı verdi.
1902-ci il. Böyük Britaniyada ilk dəfə təqsirləndirilən şəxsə qarşı sübut olaraq cinayət yerindən götürülən barmaq izlərindən istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
06.12.2016 [09:00]
05.12.2016 [09:00]
04.12.2016 [09:00]
03.12.2016 [09:00]