İQTİSADİYYAT
“Goldman Sachs” neftin qiymətinə dair proqnozunu endirib
Bakı, 17 fevral, AZƏRTAC
ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.
AZƏRTAC banka istinadla xəbər verir ki, ilin ilk rübündə “Brent” markalı neftin bir barrelinin orta qiyməti 53 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu isə 63 dollar/barrel idi.
Bankın ilin digər rübləri üzrə “Brent”in qiymətinə dair proqnozu isə müvafiq olaraq 57, 60 və 65 dollar/barreldir.
Birinci rüb üzrə “Light” markalı neftin bir barrelinin qiymət proqnozu 48,5 dollara endirilib. Əvvəlki proqnoz 58,5 dollar/barrel idi. Növbəti rüblərdə isə “Light”ın qiymətinin 52,5, 55,5 və 60,5 dollar/barrel olacağı gözlənilir.
“Goldman Sachs” bu qərarında Çində yayılan koronavirusun qlobal neft tələbatına təsiri əsas rol oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]